Koronavirusa yoluxanların sayı 62 milyonu ötdü - YENİLƏNİB

  28 Noyabr 2020    Oxunub : 3159
Koronavirusa yoluxanların sayı 62 milyonu ötdü -  YENİLƏNİB
Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 62 milyon nəfəri ötüb.
Azvision.az xəbər verir ki, dünya ölkələri üzrə koronavirusa yoluxanların sayı 62 milyon 76 min 272, infeksiya səbəbindən ölənlərin sayı isə 1 milyon 451 min 238 nəfərə çatıb.

Bu günədək 42 milyon 870 min 191 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 105 min 237 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

***
Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 61 milyon 988 min 71 nəfərə çatıb.

Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 449 min 114 nəfərdir. İndiyədək 42 milyon 788 min 667 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.

Azvision.az

Teqlər: Koronavirus   Statistika