ATƏT Nazirlər Şurasının iclası keçiriləcək

ATƏT Nazirlər Şurasının iclası keçiriləcək
  28 Noyabr 2020    Oxunub:2246
ATƏT Nazirlər Şurasının 27-ci toplantısı dekabrın 3-4-də videokonfrans formatında keçiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə təşkilatın rəsmi internet səhifəsində məlumat yerləşdirilib.

Bildirilib ki, koronavirus pandemiyası ilə əlaqədar ilk dəfə Nazirlər Şurasının videokonfrans formatında keçirilməsi barədə qərar verilib.

Qeyd edək ki, bu il ATƏT-ə sədrliyi Albaniya edib, gələn il isə sədrlik İsveçə keçəcək.

Azvision.az


Teqlər: ATƏT  





Xəbər lenti