Koronavirusa yoluxanların sayı 440 mindən çox artdı

Koronavirusa yoluxanların sayı 440 mindən çox artdı
  28 Noyabr 2020    Oxunub:1801
Dünyada son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 441 mindən çox artıb.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında bildirilib.

ÜST-ün məlumatına görə, ötən sutkada 441 157 nəfər koronavirusa yoluxub, 9310 pasiyent dünyasını dəyişib.

Qeyd edək ki, dünya ölkələri üzrə COVID-19-a yoluxanların ümumi sayı 61 771 230, pandemiya qurbanlarının sayı isə 1 445 850 nəfərdir.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti