Ukrayna generalları Azərbaycan Ordusunun döyüş təcrübəsini öyrənir

Ukrayna generalları Azərbaycan Ordusunun döyüş təcrübəsini öyrənir
  28 Noyabr 2020    Oxunub:3377
Dağlıq Qarabağdakı müharibə döyüş əməliyyatlarının aparılmasının müasir formalarını nümayiş etdirdi. Ukrayna generalları nümunə kimi Dağlıq Qarabağdakı hadisələrin təcrübəsini öyrənir.
Bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba “Anadolu” agentliyinə müsahibəsində bildirib.

Nazir deyib ki, Kiyev Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, bundan sonra da dəstəkləməkdə davam edəcək: “Ukraynanın Dağlıq Qarabağ məsələsindəki mövqeyi beynəlxalq hüququn prinsiplərinə əsaslanır. Bizim baxışlarımız bu məsələdə Ankaranın mövqeyi ilə olduqca dəqiq şəkildə üst-üstə düşür”.

Ukrayna XİN rəhbəri əlavə edib ki, Qarabağda baş verən hadisələr istənilən “dondurulmuş” münaqişənin əslində belə olmadığını sübut edir.

“Konfikt partlayış təhlükəlidir və istənilən məqamda eskalasiyaya gətirib çıxara bilər. Bu, planetin istənilən regionundakı böhranlara aiddir. Dağlıq Qarabağda baş vermiş son hadisələrdən çıxarılmalı olan başlıca dərs budur”,- Dmitri Kuleba bildirib.

Azvision.az


Teqlər: Ukrayna   General  





Xəbər lenti