Türkiyədə son sutkada virusdan 174 nəfər öldü

Türkiyədə son sutkada virusdan 174 nəfər öldü
  28 Noyabr 2020    Oxunub:1782
Türkiyədə son sutka ərzində 174 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 6592 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 13 191, virusa yoluxanlar isə 481 198 nəfərə çatıb.

Türkiyədə indiyədək 392 616 pasiyent (son sutkada 3845 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  





Xəbər lenti