İranda nüvə alimi qətlə yetirilib

   İranda nüvə alimi qətlə yetirilib
  27 Noyabr 2020    Oxunub:3319
Nüvə sahəsi üzrə tanınmış iranlı alim Möhsün Fəxrizadə sui-qəsdə məruz qalıb.
Azvision.az xəbər verir ki, hadisə İranın Tehran vilayətinin Absərd şəhərində baş verib.

Məlumata görə, alimin olduğu avtomobil əvvəlcə partladılıb, daha sonra naməlum şəxslər tərəfindən atəşə tutulub. İnsident nəticəsində azı 3-4 nəfərin öldüyü deyilir.

İranın Müdafiə Nazirliyi Möhsün Fəxrizadənin qətlə yetirildiyini təsdiqləyib. Bildirilib ki, hücum zamanı ağır yaralanan alim həkimlərin səylərinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.



Azvision.az


Teqlər: İran   Alim  





Xəbər lenti