Türkiyənin siyasi partiyaları Fransa Senatının qətnaməsini pislədi

  27 Noyabr 2020    Oxunub : 2589
Türkiyənin siyasi partiyaları Fransa Senatının qətnaməsini pislədi
Türkiyə Böyük Millət Məclisində təmsil olunan Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyətçi Hərəkət Partiyası (MHP) və İYİ Partiyanın millət vəkillərinin qrup rəhbərləri Fransa Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməni pisləyən birgə bəyanat yayıblar.
Azvision.az xəbər verir ki, bəyanatda Senatın qərəzli qətnaməsinə etiraz ifadə olunub.

“Biz Fransa Senatının beynəlxalq hüquqa, əxlaqa və ədalətə zidd olaraq Dağlıq Qarabağla bağlı noyabrın 25-də qəbul etdiyi qətnaməni şiddətlə qınayırıq. Fransa Senatı özünü görməməzliyə vursa da Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrinə əsasən Dağlıq Qarabağ Azərbaycan torpağıdır və Fransa Senatının qətnaməsi beynəlxalq hüquqa görə yox dərəcəsindədir. Dağlıq Qarabağın Azərbaycan torpağı olduğu Fransa Prezidenti Emmanuel Makron tərəfindən bir neçə gün əvvəl bəyan edilib, Qarabağ Ermənistan tərəfindən belə tanınmadığı halda Fransa Senatının həqiqətlərdən uzaq bir qərar qəbul etdiyi çox açıq şəkildə görünməkdədir”, - deyə bəyanatda qeyd olunub.

Azvision.az

Teqlər: Türkiyə