Anar Kərimov Meksika səfiri ilə görüşüb

Anar Kərimov Meksika səfiri ilə görüşüb
  27 Noyabr 2020    Oxunub:1544
Meksika səfiri Rodriqo Labardini Azərbaycan Respublikasının Mədəniyyət nazirinin birinci müavini, nazir vəsifəsini icra edən Anar Kərimov ilə görüşüb.
Azvision.az xəbər verir ki, səfiri salamyan nazir müavini Anar Kərimov Azərbaycan ilə Meksika arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafını qeyd edib.

Hər iki ölkə arasında mədəni əməkdaşlığa təkan vermək zəruriyyətini vurğuladı və, sözügedən əməkdaşlığa dəstək verməyə davam etmək üçün nazirliyin hazır olduğunu vurğulayıb.

İşğaldan azad edilmiş Qarabağın tarixi-mədəni irsindən danışdı. Anar Kərimov bu zonada mədəni irsin bərpası üçün xarici tərəfdaşlarla əməkdaşlığa dair marağı vurğulayıb.

Öz növbəsində, səfir Labardini Beynəlxalq Muğam Mərkəzindəki konsertlər daxil olmaqla, Səfirliyin bir sıra mədəni tədbirlərinin reallaşmasında Nazirliyin dəstəyi üçün təşəkkürünü ifadə etdi. Eyni zamanda, UNESCO yanında Azərbaycanın Meksikaya verdiyi dəyərli dəstəyə görə minnətdarlığını bildirib.

Diplomat ikitərəfli iqtisadi və ticari əlaqələrin panoramasını təqdim etdi. İkitərəfli münasibətlər üçün yeni perspektivləri açan təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində Əməkdaşlıq Sazişinin qüvvəyə minməsinə toxundu. Milli İncəsənət İnstitutu, Milli Arxeologiya və Tarix İnstitutu, Milli Atropologiya və Tarix Məktəbi və Milli Qorunma, Bərpa və Muzeyşünaslıq Məktəbi kimi Meksika qurumlarının təklif etdiyi mədəni irsin bərpası və qorunması, mədəni sahədə əməkdaşlığın imkanlarına istinad edib.

Səfirliyin mədəni fəaliyyətinin dinamikasına toxunan səfir kino, milli mətbəx, ədəbiyyat, konfranslar və musiqi mövzularının daxil olunduğu, eyni zamanda, virtual formatda həyata keçirilmiş səfiriliyin müxtəlif mədəni tədbirləri haqqında söz açıb. Qəbul olunacaq karantin tədbirlərindən asılı olaraq, səfirlik 2021-ci il üçün virtual və ya əyani formatda keçirilə biləcək müxtəlif tədbirləri nəzərdə tutur.

Tərəflər mədəni irsin bərpası və mədəni sahədə əməkdaşlığın inkişafını davam etdirməyə dair istək və iradələrini ifadə ediblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Meksikasəfiri   Anar-Kərimov   Görüş  





Xəbər lenti