“Anasız böyümüşəm, anam Vətənimdir” - İnternatda böyümüş döyüşçü

 “Anasız böyümüşəm, anam Vətənimdir” -  İnternatda böyümüş döyüşçü
  27 Noyabr 2020    Oxunub:3623
"II Qarabağ Müharibəsi başlayan gündən ön cəbhədə olan əsgərlərimiz sırasında Elçin Əhmədov da var".
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) məlumatında bildirilib.

Qeyd olunub ki, o, 2008-ci ildən SOCAR-ın Neft-qaz tikinti Trestində çilingər işləyir: "Uşaq ikən valideynlərini itirən Elçin Əhmədov “Anasız böyümüşəm. Anam Vətənimdir və canımı qurban verməyə hazıram” deyir. O Hadrut və Şuşanın işğaldan azad edilməsi əməliyyatlarında qəhrəmanlıq göstərib. Uşaq evində böyüyən Elçin ön cəbhədə tikililərdən birinin divarına yazdığı “Maştağa 1 N-li internat” sözləri ilə məşhurlaşan əsgərimizdir. Elçin Əhmədov və qardaşı Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evlərindən SOCAR-da təhsilə və işə cəlb edilmiş, eləcə də mənzillə təmin olunmuş gənclərimizdəndir. Qələbə sevincini bizə yaşadan zabit və əsgərlərimizlə qürur duyuruq. Qarabağ Azərbaycandır!".



Azvision.az


Teqlər: Elçin-Əhmədov   SOCAR  





Xəbər lenti