Azərbaycanda bir gündə 3712 nəfər COVID-19-a yoluxdu

 Azərbaycanda bir gündə 3712 nəfər COVID-19-a yoluxdu
  27 Noyabr 2020    Oxunub:3025
Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 3712 yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 109 min 813 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 69 min 931 nəfər müalicə olunaraq sağalıb, 1291 nəfər vəfat edib. Aktiv xəstə sayı 38591 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 682 min 234 test aparılıb. Bugünkü test sayı isə 16402-dir.



Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti