Türkiyə Qətərlə 10 sənəd imzaladı

Türkiyə Qətərlə 10 sənəd imzaladı
  27 Noyabr 2020    Oxunub:2054
Qətər dövlətinin Əmiri Təmim bin Həməd Al Tani geniş tərkibli heyətlə Türkiyəyə səfər edib.
Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Qətər Əmiri Təmim bin Həməd Al Tani arasında təkbətək və heyətlərarası görüş keçirilib.

Daha sonra Qətər ilə Türkiyə arasında Yüksək Strateji Komitəsinin altıncı iclası olub. Ardınca Türkiyə ilə Qətər arasında ayrı-ayrı sahələrə dair əməkdaşlığı əhatə edən on sənəd imzalanıb.

Razılaşmaya əsasən Qətər Türkiyə iqtisadiyyatına 300 milyon ABŞ dolları məbləğində sərmayə yatıracaq.

Azvision.az


Teqlər: Türkiyə   Qətər  





Xəbər lenti