Türkiyədə koronavirusdan ölənlərin sayı artdı - Daha 174 nəfər

   Türkiyədə koronavirusdan ölənlərin sayı artdı -    Daha 174 nəfər
  27 Noyabr 2020    Oxunub:1794
Türkiyədə son sutka ərzində 174 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Onun sözlərinə görə, son 24 saatda 6876 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 13 014, virusa yoluxanlar isə 474 606 nəfərə çatıb.

Türkiyədə indiyədək 388 771 pasiyent (son sutkada 3291 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti