Baş Prokurorluğun mətbuat xidmətindən
Azvision.az -a bildirilib ki, noyabrın 26-da Azərbaycan Respublikasının Baş Prokurorluğunun
"Facebook" səhifəsi rəsmi olaraq mavi nişan vasitəsilə təsdiqlənib. “Verified Page”, yəni təsdiqlənmiş səhifə mənasını bildirən mavi nişanın köməyi ilə orijinal səhifə saxta səhifələrdən asanlıqla ayırd edilir.
Məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidməti ilə əlaqə saxlayan zaman qurumdan "Facebook" səhifəsinin rəsmi olaraq mavi nişan vasitəsilə təsdiqlənməsinə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən yardım olunduğu bildirilib.
Azvision.az
Teqlər:
Prokurorluq