Azərbaycan Fransaya nota verdi

  26 Noyabr 2020    Oxunub : 18569
 Azərbaycan Fransaya nota verdi
Fransanın ölkəmizdəki səfiri Zaxari Qross Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Azvision.az xəbər verir ki, bu barədə XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Onun sözlərinə görə, səfir XİN rəhbərinin müavini Fariz Rzayev tərəfindən qəbul edilib və ona nota təqdim edilib.

"Dünən Fransa Senatı tərəfindən qəbul olunmuş qərəzli qətnamə ilə əlaqədar Fransanın ölkəmizdəki səfiri XİN-ə çağırıldı. Xarici İşlər nazirinin müavini Fariz Rzayev səfirlə görüş keçirdi. Görüş zamanı Azərbaycan Xarici İşlər Nazirliyinin Senat tərəfindən qəbul olunmuş qətnamə ilə bağlı etirazını əks etdirən verbal notası Fransa səfirinə təqdim edildi", - deyə L.Abdullayeva vurğulayıb.

Qeyd edək ki, ötən gün Fransa Senatı qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağıran qərəzli qətnamə qəbul edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ZaxariQross