Konstantin Kosaçov: “Senatın qərarı tövsiyə olaraq qalacaq”

  Konstantin Kosaçov:  “Senatın qərarı tövsiyə olaraq qalacaq”
  26 Noyabr 2020    Oxunub:2734
Fransa Senatının Qarabağa dair qərarı tövsiyə xarakteri daşıyır və çox güman ki, məsələ bununla məhdudlaşacaq.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının beynəlxalq komitəsinin sədri Konstantin Kosaçov deyib. Onun fikrincə, Fransa Senatının qətnaməsi daha çox Türkiyə ilə Parisin münasibətlərinin mürəkkəbləşməsi ilə əlaqədardır.

“Paradoksal səslənə bilər, amma Fransa Senatının qərarının fransız həmkarlarımızın səmimi duyğularını başa düşərək, həm də Türkiyə ilə əlaqəli olduğuna dair bir şübhəm var”.

K.Kosaçov qeyd edib ki, Senatın qərarı hələlik nümayişdən başqa bir şey deyil: “Hökumətə tövsiyə olaraq qəbul edilən təşəbbüsün bu şəkildə qalacağına praktik olaraq heç bir şübhə yoxdur. Dağlıq Qarabağ ətrafındakı vəziyyət, ilk növbədə ikitərəfli Azərbaycan-Ermənistan siyasi dialoqunun mövzusu olaraq qalmalıdır. Ultimatumsuz və güc ssenariləri olmadan...”.

Qeyd edək ki, ötən gün Fransa Senatı səs çoxluğu ilə hökumətdən qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağıran qərəzli qətnamə qəbul edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ  





Xəbər lenti