Professordan çağırış: “Ən sərt qaydalar tətbiq edilsin!”

 Professordan çağırış:  “Ən sərt qaydalar tətbiq edilsin!”
  26 Noyabr 2020    Oxunub:2318
Karantin rejiminin sərtləşdirilməsi barədə tədbirlərin nəticəsini 1-2 günə almaq mümkün olmur. İki həftəyə tədbirlərin nəticəsi özünü göstərə bilər.
Bunu Azvision.az -a açıqlamasında Tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. Onun sözlərinə görə, karantin rejiminin yenidən sərtləşdirilməsi ilə bağlı müzakirələr gedir.

“Koronavirusa yoluxma sayının çoxluğu səbəbindən karantin rejimi yenidən sərtləşdirilə bilər. Lakin hesab edirəm ki, artıq sərtləşdirmə effekt vermir. Çünki əhalinin böyük əksəriyyəti koronavirusa yoluxub. Yoluxma sayı 100 mini keçib. Belə yoluxma sayında hansı tədbirlərin effektindən danışmaq olar? Bu məsələlər müzakirə olunmalı, tədbirlər görülməlidir, Lakin insanların vəziyyəti, evdə oturması, psixoloji durumu də nəzərə alınmalıdır”.

A.Qeybulla bildirib ki, yoluxma sayının azaldılması üçün ictimai nəqliyyatda qayda-qanun yaradılmalıdır: “Ən sərt qaydalar tətbiq edilsin, ictimai nəqliyyat problemi həllini tapmasa, insanlar bir-birini yoluxduracaq. Bütün diqqəti ictimai nəqliyyata yönəltmək lazımdır”.

Professor koronavirusa yoluxmamaq üçün karanatin qaydalarına riayət etməyin vacibliyini vurğulayb: “Əllərin dezinfeksiya olunması, maska taxılması, onun düzgün istifadə edilməsi və fiziki məsafənin qorunması vacibdir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti