Rusiyalı ekspert: “Fransa Senatının qətnaməsi uydurmadır” - EKSKLÜZİV

  Rusiyalı ekspert:  “Fransa Senatının qətnaməsi uydurmadır” -  EKSKLÜZİV
  26 Noyabr 2020    Oxunub:10515
Fransa Senatının qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanınma zəruriliyinə dair qəbul etdiyi qətnamə uydurmadan başqa bir şey deyil.
Bunu Azvision.az -a açıqlamasında beynəlxalq münaqişələr üzrə tanınmış rusiyalı ekspert Yevgeni Mixaylov deyib.

Ekspert bildirib ki, belə bir qətnamənin qəbulu güclü diasporanı razı salmağa hesablanıb: “Fransa prezidenti Emmanuel Makron Qarabağı Azərbaycanın bir hissəsi hesab edir, Fransa Xarici İşlər Nazirliyi də Qarabağın müstəqilliyini, daha doğrusu, Ermənistan ordusunun məğlubiyyətindən sonra yerdə qalan hissəni tanımaqdan imtina edir. Bu mövzu ətrafında oyunların erməni diasporasının güclü olduğu ölkələrdə davam edəcəyi şübhəsizdir. Lakin bu, həqiqi vəziyyəti dəyişdirməyəcək. Qarabağ Azərbaycandır və nida".

Yevgeni Mixaylovun fikrincə, Rusiya və Türkiyənin simasında əsas oyunçular Azərbaycanın işğal edilmiş ərazilərinin təhvil verilməsi ilə bağlı əldə olunan razılaşmaların pozulmasına imkan verməyəcək.

"Prezident Vladimir Putin birmənalı şəkildə Qarabağın Azərbaycana məxsus olduğunu və başqa yolun olmayacağını bildirdi. Statusdan danışmaq indi qətiyyən yersizdir. Fikrimcə, gələcəkdə bu məsələ diplomatik yolla həll olunacaq”.

Qeyd edək ki, ötən gün Fransa Senatı səs çoxluğu ilə hökumətdən qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağıran qərəzli qətnamə qəbul edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Fransa   Senat  





Xəbər lenti