“Paşinyan əsirlərin mübadiləsindən çəkinir” - Erməni politoloq

“Paşinyan əsirlərin mübadiləsindən çəkinir” -  Erməni politoloq
  25 Noyabr 2020    Oxunub:2575
“Dövlətin olmadığını hiss edirsiniz? Əvvəl o var idi, amma indi yoxdur".
Azvision.az xəbər verir ki, bunu erməni politoloq, “Media müdafiəçisi” təşəbbüsünün rəhbəri Aqasi Enokyan bildirib.

“Əvvəl köhnələrdən bir miras var idi, onunla nələrsə etdilər, dolların məzənnəsini saxladılar, mükafatlar payladılar, dolma və kabab festivalları təşkil etdilər, Robert Koçaryanı tutdular, Hrayr Tovmasyanı işdən çıxartdılar və sən demə, dövlət elə budur. Eyni zamanda baş nazir canlı yayıma çıxıb, ən qürurlu, təminatlı dövlət olduğumuzun imitasiyasını yaratdı.

Dövlətin yoxluğuna dair ilk şübhələr COVID-19 epidemiyası zamanı ortaya çıxdı. Dövlət insanları asfalt üzərində sürüyüb, Nikolun sexlərində hazırlanan maskaları almağa məcbur etməkdən, fəaliyyətini tənqidə qadağa qoymaqdan başqa bir şey etmədi. Baş nazirin canlı yayımları əl yuma ilə bağlı ətraflı təlimat səviyyəsinə düşdü”, - deyə erməni politoloq bildirib.

Enokyan əlavə edib ki, müharibə dövründə dövlət geri çəkilmək, əraziləri tərk etmək, minlərlə qurban və Artsruna yalanların əmrini verməyi öz işi hesab etdi.

İndi müharibədən sonra dövlət insanların problemlərini belə həll etmir, yaralı və əlillərlə məşğul olmur, bütün bunları könüllülərin ixtiyarına verir. Hətta cəsədlərin axtarışı və əsirlərin mübadiləsi prosesindən çəkinirlər.

Heç bir dövlətin olmadığını yaxşı bilən Nikol, artıq efirdə deyil. Dövlət yoxdursa, hansı baş nazirdən söhbət gedə bilər?

Yəqin ki, könüllülərin bir yerə toplanmasının və hər şeydən əvvəl dövlətin qurulmasına başlamağın vaxtı gəldi, şübhəsiz dövlət olduqdan sonra baş nazir tapılacaq”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AqasiEnokyan  





Xəbər lenti