Ərdoğan Putinlə telefon danışığının detallarını açıqladı

Ərdoğan Putinlə telefon danışığının detallarını açıqladı
  25 Noyabr 2020    Oxunub:2981
Türkiyə Qarabağda 30 il davam edən ədalətsizliyin, işğalın sona çatmasına öz töhfəsini verdi.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Onun sözlərinə görə, Türkiyənin dəstəyi ilə Azərbaycanın Qarabağ ərazisində erməni işğalı sona çatıb, qalıcı həllə ümidlər ilk dəfə artıb.

“Dünənə kimi ortada görünməyən, ermənilərə açıq dəstək verən Minsk Qrupunun bəzi üzvlərinin Qarabağ razılaşması ilə bağlı rahatsızlığının anlamı yoxdur. Dünən Rusiya Prezidenti Vladimir Putinlə məsələni müzakirə etdik. Biz qarşıdakı müddətdə hansı addımları ata biləcəyimiz barədə danışdıq. İnanıram ki, Rusiya, Türkiyə, Azərbaycan olaraq atdığımız addımlar bölgəyə barış gətirdi. Bunu daha da genişləndirmək, inkşaf etdirmək şansımız var. Bu imkanları Putinlə müzakirə etdik. Nəqliyyat yollarının qurulması, azərbaycanlı qardaşlarımızın bir an öncə geriyə dönməsi imkanları nəzərdən keçirildi. Qardaşım Prezident İlham Əliyevlə də danışıb, müzakirə apardıq".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Putin   Ərdoğan  





Xəbər lenti