“Qalatasaray”ın prezidenti şəhidimizin atasına zəng edib

 “Qalatasaray”ın prezidenti şəhidimizin atasına zəng edib
  25 Noyabr 2020    Oxunub:9204
Türkiyənin "Qalatasaray" futbol klubunun prezidenti Mustafa Cengiz komandanın fanatı olmuş şəhid kapitan Fərid Dursunovun atası Fazil Dursunova zəng edib.
Bu barədə Azvision.az -a Fazil Dursunov özü məlumat verib.

Şəhid atası bildirib ki, klubun prezidenti ona başsağlığı verib və Fərid haqqında soruşub: "Mustafa Cengiz bəylə 15 dəqiqə danışdıq. Qeyd etdi ki, bizi oyunların birinə ailəvi olaraq dəvət edəcəklər. Həmin oyunda formalarda Fəridin adı yazılacaq. Fanatları olan Fərid üçün əllərindən gələni etməyə çalışırlar. Soruşdu ki, Fəridi azarkeş olaraq necə anlada bilərsən? Mən də ailəvi klubun fanatı olduqlarını bildirdim. Yeni ildə evi bəzəyəndə Azərbaycan bayrağı ilə yanaşı mütləq "Qalatasaray" bayrağı da olardı".



F.Dursunov qeyd edib ki, "Qalatasaray"ın vitse-prezidenti Yusuf Günay da ona zəng edərək başsağlığı verib. Həmçinin, 3 televiziya kanalı telefonla əlaqə saxlayıb müsahibə götürüb.

Qeyd edək ki, şəhid zabitimiz Fərid Dursunov “Şəhid olsam, məzarıma Azərbaycan bayrağı ilə yanaşı “Qalatasaray”ımın bayrağını da asarsınız”, - deyə dostlarından xahiş edib. Şəhidlik zirvəsinə yüksələndən sonra yoldaşları onun bu istəyini yerinə yetiriblər.



Anar Kəlbiyev
Azvision.az


Teqlər: Qalatasaray   Klub   Şəhid   Fanat  





Xəbər lenti