Ermənistanda daha iki nazir müavini işdən çıxarıldı

Ermənistanda daha iki nazir müavini işdən çıxarıldı
  25 Noyabr 2020    Oxunub:1367
Ermənistanın iqtisadiyyat və ədliyyə nazirlərinin müavinləri Naira Marqaryan və Rafik Qriqoryan vəzifələrindən azad edilib.
Azvision.az xəbər verir ki, bu barədə baş naziri Nikol Paşinyan qərar imzalayıb.

Xatırladaq ki, son bir həftə ərzində Ermənistanda altı nazir işdən çıxarılıb. Bunlar xarici işlər və müdafiə nazirləri Zöhrab Mnatsakanyan, David Tonoyan, fövqəladə hallar naziri Feliks Tsolakyan, əmək və sosial işlər naziri Zarui Batoyan, iqtisadiyyat naziri Tiqran Xaçatryan, təhsil, elm, mədəniyyət və idman naziri Arayik Arutyunyandır.

Sonuncu (Arayik Arutyunyan-red) artıq yeni vəzifəyə - baş nazirin baş məsləhətçisi təyin edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NikolPaşinyan  





Xəbər lenti