Azərbaycanda onlarla vəkil koronavirusa yoluxub

 Azərbaycanda onlarla vəkil koronavirusa yoluxub
  25 Noyabr 2020    Oxunub:1604
Hazırda ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı durmadan artmaqdadır. Bu günədək onlarla vəkil koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.

"Təəssüf ki, bu bəla vəkillərimizdən və Vəkillər Kollegiyasının Rəyasət Heyətinin aparat əməkdaşlarından yan keçməyib. Hazırda koronavirusa yoluxan onlarla həmkarlarımız həkim nəzarəti altında müalicə olunurlar, hər kəsə Allahdan şəfa diləyirəm. Hər birinizdən artıq dərəcədə xahiş edirəm, özünüzü və yaxınlarınızı qoruyun, bütün sanitar qaydalara ciddi əməl edin!", - deyə A.Bağırov qeyd edib.

Azvision.az


Teqlər: Vəkil  





Xəbər lenti