“Minlərlə əsgərimizin qanı töküldü, itkiləri saymaqla bitməz” - Erməni siyasətçi

“Minlərlə əsgərimizin qanı töküldü, itkiləri saymaqla bitməz” -  Erməni siyasətçi
  25 Noyabr 2020    Oxunub:2046
“Paşinyan əsrlərlə qurduğumuz xəyalları bir xain imza ilə basdırdı”
Azvision.az xəbər verir ki, bunu “Daşnaktsutyun” partiyasının nümayəndəsi Lilit Qalstyan deyib. O, Azərbaycan Ordusunun işğal olunmuş əraziləri azad etməsindən məyusluğunu gizlətməyib:

“Artsax”ın (Qarabağ-red.) bağlı qapılarına baxıram və dəli olmaq ərəfəsində olduğumu anlayıram. İtirdiklərimiz yalnız kəndlər, minlərlə oğlanımızın başqasının torpağında tökdüyü qan deyil, eyni zamanda evlərinə dönməyən cəsədlərdir. Ağrılarımız və itkimiz saymaqla bitməz...

Əsrlərlə qurduğumuz xəyalımızı bir xain imza ilə basdırdınız. İndi hər kəsə "sevgi" vəd edən Nikol onlarla avtomobilin müşayiəti ilə bütün küçələri iflic edib evinə gedir. Nikol, bağırtıların ömrü boyu qulağında səslənəcək və milli lənət vicdanına ağır gələcək. “Artsaxın qapıları”nı bağlamaqla və minlərlə çırağı söndürməklə xəyallarımızın qanadlarını da qırdın. “Artsax”ın (Qarabağ-red) bağlı qapılarını görəndə dəli olmalı idin, amma kreslodan yapışdın".

Tural Tağıyev
Azvision.az


Teqlər: Nikol   Xain  





Xəbər lenti