Koronavirusa yoluxanların sayı 60 milyonu keçdi

 Koronavirusa yoluxanların sayı 60 milyonu keçdi
  25 Noyabr 2020    Oxunub:1131
Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 60 milyon 105 min 740 nəfərə çatıb.
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 414 min 868 nəfərdir. İndiyədək 41 milyon 553 min 773 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti