Ərdoğanla Putin arasında növbəti Qarabağ müzakirəsi

 Ərdoğanla Putin arasında növbəti Qarabağ müzakirəsi
  25 Noyabr 2020    Oxunub:2240
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Türkiyə ilə Rusiya arasında ticarət həcminin artırılması, Dağlıq Qarabağ, Suriya və Liviyada baş verən hadisələr müzakirə edilib.

Ərdoğan Dağlıq Qarabağdakı problemin həlli və bölgəyə sülhün gətirilməsi istiqamətində atılan addımlar çərçivəsində müşahidə və nəzarət məqsədilə Türkiyənin Rusiya ilə birlikdə quracağı ortaq mərkəzin ən qısa zamanda fəaliyyətə başlamasını gözlədiklərini deyib.

Bundan əlavə, Azərbaycan torpaqlarının tamamilə geri qaytarılmasına həssaslıqla yanaşdığını bildirən Türkiyə Prezidenti bu müddət ərzində Ermənistan tərəfinə qalıcı həlli çətinləşdirməsinə və razılaşma ilə bağlı məsuliyyətdən qaçmasına icazə verilməməli olduğunu vurğulayıb.

Azvision.az


Teqlər: Ərdoğan   Putin  





Xəbər lenti