Ermənistan ordusunun acınacaqlı vəziyyəti - VİDEO

 Ermənistan ordusunun acınacaqlı vəziyyəti -  VİDEO
  24 Noyabr 2020    Oxunub:6051
İkinci Qarabağ müharibəsi bitsə də, Ermənistanda ordu ilə bağlı problemlər səngimir.
Azvision.az xəbər verir ki, Ermənistan rəhbərliyi məğlub ordunun problemləri ilə maraqlanmır, yaralı əsgərlər isə taleyin ümidinə buraxılıb.

“Müharibə bitsə də ay yarım döyüşən əsgərlər bu gün ölkənin hərbi-siyasi rəhbərliyinin biganəliyi ilə üz-üzə qalıblar. Hökumətin əsgərlərə göstərdiyi acınacaqlı münasibəti əks etdirən görüntülər yayılıb. 44 gün davam edən müharibədən sonra bir çox hərbçi, o cümlədən çox sayda yaralı çağırışçı heç bir şəraiti olmayan yerdə yatır. Əsgərlərin qaldığı binalarda istilik və elektrik yoxdur. Hətta onlar beton üzərində yatırlar. Bu, hakimiyyətimizin təhlükəsizliyimizin qarantı olan əsgərə olan münasibətidir”, - deyə erməni mətbuatı yazıb.



Sosial şəbəkələrdə paylaşılan video etirazla qarşılanıb. Erməni istifadəçilər ordunun acınacaqlı vəziyyətə düşməsinə görə ölkə rəhbərliyini, şəxsən baş nazir Nikol Paşinyanı ittiham edirlər.

Tural Tağıyev
Azvision.az



Teqlər: Erməni   Əsgər  





Xəbər lenti