Nobel mükafatçısı Gəncədə valideynlərini itirmiş Xədicəyə yardım ayırdı

Nobel mükafatçısı Gəncədə valideynlərini itirmiş Xədicəyə yardım ayırdı
  23 Noyabr 2020    Oxunub:6842
Kimya üzrə Nobel mükafatının qalibi, ABŞ-ın Şimali Karolina ştatında yaşayan Türkiyə əsilli dünyaca məşhur alim Əziz Sancar Ermənistanın 17 oktyabr tarixində Gəncəyə raket atəşi nəticəsində hər iki valideynini itirmiş Xədicə Röyal qızı Şahnəzərovanın gələcək təhsil xərclərinin ödənilməsi məqsədilə xüsusi olaraq yaradılmış bank hesabına əhəmiyyətli miqdarda vəsait köçürüb.
Azərbaycanın ABŞ-dakı Səfirliyindən Azvision.az-a verilən məlumata görə, Əziz Səncər BBC-də yayımlanmış xəbərə istinadən Xədicənin həyatında baş vermiş bu faciəvi hadisədən kədərləndiyini və müharibədən əziyyət çəkmiş bu kimi uşaqların yüksək səviyyədə təhsil almaları üçün müvafiq təhsil fondlarının yaradılmasının faydalı ola biləcəyini vurğulayıb.





Azvision.az


Teqlər: ABŞ   Səfirlik   ƏzizSancar  





Xəbər lenti