“Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir” - Putin (VİDEO)

 “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir” -  Putin (VİDEO)
  22 Noyabr 2020    Oxunub:4876
"Ermənistan Dağlıq Qarabağın müstəqilliyini və suverenliyini tanımırdı. Bu, o deməkdir ki, beynəlxalq hüquq nöqteyi-nəzərindən həm Dağlıq Qarabağ, həm də ona bitişik bütün rayonlar Azərbaycan Respublikasının ayrılmaz hissəsidir".
Azvision.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin "Rossiya 1" telekanalının efirində Dağlıq Qarabağın ərazi mənsubiyyəti məsələsinə münasibət bildirib.



O, eyni zamanda, KTMT-yə üzvlük şərtlərinin Rusiyanı münaqişəyə qarışmağa məcbur etmədiyini vurğulayıb: "Heç kim Ermənistanın ərazisini zəbt etməyib və bu bizə hərbi əməliyyatlarda birbaşa iştirak etmək hüququ vermədi”.

Putin Moskvanın İrəvanla hərbi-texniki əməkdaşlıq çərçivəsində öhdəliklərini tam şəkildə yerinə yetirdiyini əlavə edib.

"Sizi əmin edirəm ki, Ermənistan özünü tərk edilmiş, unudulmuş hiss etməyib. Rusiya bunun baş verməməsi üçün hər şeyi etdi", - deyə Rusiya lideri vurğulayıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Rusiya   Azərbaycan   Qarabağ  





Xəbər lenti