İlham Əliyev və xanımı Soçidə - FOTOLAR

İlham Əliyev və xanımı Soçidə - FOTOLAR
  07 Fevral 2014    Oxunub:1131
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfərə gəlib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Soçidə keçiriləcək Qış Olimpiya Oyunlarının rəsmi açılışında iştirak etmək üçün fevralın 6-da Rusiya Federasiyasına işgüzar səfərə gəlblər.

AzVision.az xəbər verir ki, Prezidenti İlham Əliyev səfəri çərçivəsində bir sıra görüşlər edib.
Litvanın Baş naziri Alqirdas Butkeviçius ilə görüşdə Azərbaycan ilə Litva arasında əlaqələrin inkişafından məmnunluq ifadə edildi, bu əlaqələrin yaxşı perspektivlərinin olduğu bildirildi. Ölkələrimiz arasında müxtəlif sahələrdə, xüsusilə enerji sektorunda əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı.

Eləcə də Respublika Prezidenti Qətər Dövlətinin Əmiri şeyx Təmim bin Həməd Al Tani ilə də görüşüb.

Görüşdə ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğu bildirildi, əlaqələrin dinamik inkişafından məmnunluq ifadə olundu, əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərin gücləndirilməsinin əhəmiyyəti vurğulandı.

Söhbət zamanı ölkələrimiz arasında iqtisadi əlaqələrin, xüsusilə ticarət, sərmayə qoyuluşu, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Qalereya




Teqlər:  





Xəbər lenti