Prezident mükafatlandırdı

Prezident mükafatlandırdı
  07 Fevral 2014    Oxunub:940
Rabitə və informasiya texnologiyaları sahəsində çalışan şəxslərə fəxri ad verildi.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində çalışan şəxslərə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb:

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:

Babayev Mikayıl Hacıağa oğlu
Əliyev İsbəndiyar Museyib oğlu
İsmayılov Adıgözəl Əli Bala oğlu
Vəliyev Məzahir Gülməmməd oğlu


Teqlər:





Xəbər lenti