Şeyxin qardaşı: “Şikayət edirlər, etsinlər də...”

Şeyxin qardaşı: “Şikayət edirlər, etsinlər də...”
  06 Fevral 2014    Oxunub:1314
Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşkür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadə “Sədərək” ticarət mərkəzində fəaliyyət göstərən sahibkarların ondan spiker Oqtay Əsədova şikayət edəcəyi haqda xəbərlərə münasibət bildirib.

Millət vəkili AzVision.az-a açıqlamasında belə bir şikayətdən xəbərsiz olduğunu deyib. C.Paşazadə həmçinin qeyd edib ki, “Binə” və “Sədərək” ticarət mərkəzləri ilə bağlı dediyi fikirlərdən dönməyəcək.

“Sözün açığı belə bir şikayətdən xəbərsizəm. Belə də ki, şikayət edirlər etsinlər. Mən sözümdən dönmürəm”.

Qeyd edək ki, Aznews.az saytının yazdığına görə, “Sədərək” ticarət mərkəzində çalışan sahibkarlar Cavanşir Paşazadədən spiker Oqtay Əsədova şikayət edəcəklər. Buna səbəb kimi, deputatın “Binə” və “Sədərək” ticarət mərkəzlərinin bağlanması ilə bağlı səsləndirdiyi fikirlər göstərilir.

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti