Azərbaycan və Ermənistan prezidentləri razılığa gəldi

Azərbaycan və Ermənistan prezidentləri razılığa gəldi
  06 Fevral 2014    Oxunub:1064
“Ermənistan və Azərbaycan prezidentləri xüsusən Olimpiya oyunları müddətində atəşkəsə əməl olunacağını bir daha təsdiqlədilər”.


AzVision.az xəbər verir ki, bu sözləri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Twitter” səhifəsində yazıb.

Həmsədr qeyd edib ki, prezidentlərin növbəti görüşünün tarixi hələ ki məlum deyil: “Lakin Ermənistan prezidenti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində dialoqun davam etdirilməsini vurğulayıb".

Qeyd edək ki, bu həftə ATƏT-in Minsk Qrupunun həmsədrləri bölgəyə səfər ediblər. Onlar Azərbaycan və Ermənistan prezidentləri ilə görüş keçiriblər.

Sevinc Iltifatqizi


Teqlər:  





Xəbər lenti