Qənirə Paşayevaya fəxri vətəndaşlıq verildi

Qənirə Paşayevaya fəxri vətəndaşlıq verildi
  06 Fevral 2014    Oxunub:1188
Türkiyənin Karabük bələdiyyə məclisi millət vəkili Qənirə Paşayevaya Karabükün fəxri vətəndaşı adı verilib.
AzVision.az-ın verdiyi məlumata görə, Türkiyənin böyük bölgələrindən biri olan Karabükun Bələdiyyə Məclisi millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, dr. Qənirə Paşayevaya Karabükün fəxri vətəndaşlığının verilməsi barədə qərar qəbul edib. Karabük bələdiyyə başqanı Rafet Vergili başkanlığında keçirilən bələdiyyə toplantısında Bələdiyyə məclisinin sədri Rafet Vergili tərəfindən irəli sürülən bu təşəbbüsü qəbul edərək məclisin gündəliyinə salıb. Bələdiyyə sədri tərəfindən irəli sürülən təklifdə və onun çıxışında vurğulanıb ki, Türk Dünyası üçün birlik və bərabərliyimiz üçün çalışan, qardaş iki ölkə arasındakı münasibətlərin inkişafı üçün davamlı çalışmaları, yazdığı kitab və çıxışları ilə Karabükün tanıdılmasına, təbliğinə böyük dəstəklərindən dolayı ona Karabükün Fəxri Vətəndaşı adı verilməsini müsbət addım olardı.




Teqlər:





Xəbər lenti