Qeyd edib ki, efirə gedən yeni verilişin məqsədi ölkəmizdə qolfun inkişafını təmin etmək, Azərbaycan Qolf Federasiyasının tədbirlərini ictimaiyyətin diqqətinə çatdırmaq və 2016-cı ildə keçiriləcək Olimpiya oyunlarında azərbaycanlı qolfçulara dəstək olmaqdır.
“Verilişin çəkilişləri Bakıda yerləşən Qolf Akademiyasında aparılır. “Qolf aləmi” həftənin hər cümə günü saat 21:20-də, təkrarı isə cümə axşamı saat 13:35-də İTV telekanalında yayımlanır. Qolf idmanında da zirvələrə ucalaq!”.
Bundan əlavə Anar Məmmədova məşhur sənətçilərin, idmançı və deputatların Akademiyadakı fotolarını paylaşıb.
AzVision.az