Həmsədrlər Nalbandyanla Qarabağı müzakirə edib

Həmsədrlər Nalbandyanla Qarabağı müzakirə edib
  05 Fevral 2014    Oxunub:1062
Ermənistan xarici işlər naziri Edvard Nalbandyan fevralın 5-də ATƏT-in Minsk qrupunun nümayəndələri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Jak Forla (Fransa) görüşüb.
Görüşdə həm də ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin həll olunması prosesində irəliləyişin təmin olunmasını müzakirə ediblər.

Edvard Nalbandyan Ermənistanın atəşkəs rejiminə riayət etdiyini və cəbhə xəttində baş verən insidentlərin sülhün əldə olunması üçün əngəl yaratdığını bildirib.

ATƏT nümayəndələri də öz növbəsində hər iki tərəfin 1994-cü ilin mayında əldə olunmuş və 1995-ci ilin fevralında bir daha təsdiqlənmiş atəşkəs haqqında müqaviləyə riayət etməli olduğunu xatırladıb. İlk növbədə cəbhə xəttindən snayperlərin geri çəkilməsi və insidentlərin araşdırılma mexanizminin yaradılması kimi məsələlər həmsədrlər tərəfindən önə çəkilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti