Moskvada daha 52 nəfər COVID-19-un qurbanı oldu

  01 Noyabr 2020    Oxunub : 1225
Moskvada daha 52 nəfər COVID-19-un qurbanı oldu
Rusiyanın paytaxtı Moskva şəhərində koronavirusdan ölənlərin sayı artıb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Moskvada son sutka ərzində 52 nəfər COVID-19 infeksiyasından dünyasını dəyişib. Ümumilikdə paytaxtda koronavirusdan ölənlərin sayı 6820 nəfərə çatıb.

Moskvada indiyədək 424 mindən çox insan virusa yoluxub, 311 mindən çox pasiyent sağalıb.

Azvision.az

Teqlər: Moskva   Koronavirus