“Gürcü arzusu” qələbəni qeyd edir: Seçkinin ilkin nəticələri

  31 Oktyabr 2020    Oxunub : 1941
 “Gürcü arzusu” qələbəni qeyd edir:    Seçkinin ilkin nəticələri
Gürcüstanda parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.
Azvision.az xəbər verir ki, ABŞ-ın “Public Opinion Strategies” şirkətinin keçirdiyi “exit-poll”un nəticələrinə əsasən, seçkilərdə “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası 55 faiz, Vahid Milli Hərəkat Partiyası isə 23 faiz səs yığıb. Üçüncü yerdə cəmi 3 faiz səslə Avropalı Gürcüstan Partiyası qərarlaşıb.

Nəticələr elan olunduqdan sonra hakim "Gürcü arzusu" partiyasının fəalları qələbəni qeyd edirlər. Partiyanın sədri Bidzina İvanişvili tərəfdarlarını qələbə münasibətilə təbrik edib.

Azvision.az

Teqlər: Gürcüstan   Seçki