Türkiyədə koronavirusdan daha 75 nəfər ölüb

  31 Oktyabr 2020    Oxunub : 1125
Türkiyədə koronavirusdan daha 75 nəfər ölüb
Türkiyədə son sutka ərzində 75 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 2213 yeni yoluxma qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 10 252, virusa yoluxanlar isə 375 367 nəfərə çatıb.

Türkiyədə indiyədək 323 971 pasiyent (son sutkada 1506 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az

Teqlər: Türkiyə   Koronavirus   Pandemiya