Çaxalyan Gürcüstan vətəndaşlığından məhrum edildi

  31 Oktyabr 2020    Oxunub : 3108
   Çaxalyan Gürcüstan vətəndaşlığından məhrum edildi
Erməni separatçı hərəkatının lideri Vaaqn Çaxalyan Gürcüstan vətəndaşlığından məhrum edilib.
Azvision.az xəbər verir ki, bu barədə Virtualaz.org-a Gürcüstan Baş Prokuroluğundan məlumat verilib.

Xatırladaq ki, oktyabrın 25-də "MTAVARI.TV" telekanalı Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsinin Ermənistana birləşdirilməsini təbliğ etməklə tanınan Vaaqn Çaxalyanın işğal altında olan Qarabağda Azərbaycan Ordusunun əks-hücum əməliyyatı zamanı öldürüldüyünü bildirmişdi.

Gürcüstan Baş Prokurorluğundan isə Çaxalyanın Dağlıq Qarabağa getdikdən sonra taleyi barədə məlumatlarının olmadığı açıqlanıb.

Azvision.az

Teqlər: Çaxalyan   Separatçı