İzmirdə zəlzələdə ölənlərin sayı 79-a çatdı - YENİLƏNİB

  02 Noyabr 2020    Oxunub : 11604
  İzmirdə zəlzələdə ölənlərin sayı 79-a çatdı -  YENİLƏNİB
Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 79 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, təbii fəlakət zamanı 962 nəfər yaralanıb, onlardan 743-ü tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Hazırda xəstəxanalarda 219 nəfərin müalicəsi davam etdirilir.

***
İzmirdə baş verən zəlzələ nəticəsində həlak olanların sayı 69-a çatıb.

Azvision.az xəbər verir ki, yeraltı təkanlar zamanı 949 nəfər yaralanıb, onlardan 220 nəfərin müalicəsi davam edir.

Hadisə nəticəsində zədələnən və ya çökən binalardan 8-də axtarış-xilasetmə işləri davam edir. İndiyədək bölgədə ciddi zədələnən 28 bina aşkarlanıb. Həmin tikililərin sökülməsinə qərar verilib.

***
Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 64-ə çatıb.

Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, 64 nəfər təbii fəlakətin qurbanı olub, 940 nəfər xəsarət alıb.

***
Türkiyənin İzmir şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 62-yə çatıb.

Azvision.az-ın məlumatına görə, bu barədə məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

***
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

***
Azvision.az xəbər verir ki, İzmirdə zəlzələ nəticəsində ölənlərin sayı 55 nəfərə çatıb. Bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib. Onun sözlərinə görə, xəsarət alanlardan 218 nəfərin müalicəsi xəstəxanalarda davam edir.

***
Azvision.az xəbər verir ki, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 51 nəfərə çatıb. Bu barədə Türkiyə Prezidentinin köməkçisi Fuad Oktay məlumat verib.

Hazırda yaralı sayı 896 nəfərdir. Onlardan 667-si xəstəxanadan evə buraxılıb, 229 nəfərin müalicəsi davam etdirilir.

***
İzmirdə baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 42 nəfərə çatıb.

Azvision.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Hadisə zamanı 896 nəfər xəsarət alıb, onlardan 667-si xəstəxanadan evə buraxılıb. Hazırda dağıntılar altında axtarış işləri davam etdirilir.

***
Türkiyənin İzmir bölgəsində zəlzələ qurbanlarının sayı artıb.

Azvision.az xəbər verir ki, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 39 nəfərə çatıb. Yaralı sayı 885 nəfərdir.

***
İzmirdə zəlzələ nəticəsində həlak olanların sayı 37 nəfərə çatıb.

Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, təbii fəlakət zamanı xəsarət alanların sayı 885 nəfərdir. Hazırda dağıntılar altında axtarışlar aparılır.

***
Ötən gün İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 35-ə yüksəlib.

Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Onun sözlərinə görə, 885 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib. Onlardan təxminən 20 nəfərin vəziyyəti ağırdır.

Azvision.az

Teqlər: Türkiyə   Zəlzələ