Düşmənin kəşfiyyat-diversiya qrupu belə məhv edildi - VİDEO

  31 Oktyabr 2020    Oxunub : 3947
  Düşmənin kəşfiyyat-diversiya qrupu belə məhv edildi -  VİDEO
Oktyabrın 31-də günorta saatlarında düşmənin canlı qüvvə ilə dolu hərbi avtomobil texnikasının mövqelərimiz istiqamətində hərəkəti müşahidə edilib.
Azvision.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Məlum olub ki, Ermənistanın xüsusi təyinatlı qüvvələrindən ibarət kəşfiyyat-diversiya qrupu təxribat törətmək məqsədilə qoşunlarımızın müdafiə xəttinə yaxınlaşmağa cəhd göstərib.

Düşmənə vurulan birinci atəş zərbəsi ilə avtomobil texnikası sıradan çıxarılıb və kəşfiyyat-diversiya qrupu pərən-pərən düşərək qaçmağa başlayıb. Həmin qrupun üzvlərinin ərazini tərk etmələri üçün “Kamaz” markalı ikinci avtomobilə minmələri də müşahidə edilib. İçərisi silahlı hərbçilərlə dolu olan bu avtomobil də istiqamətlənmiş dəqiq atəş zərbəsi ilə dərhal məhv edilib.

Həmin anları əks etdirən videogörüntüləri təqdim edirik.



Azvision.az

Teqlər: Müdafiə-Nazirliyi