Süleyman Soylu koronavirusa yoluxub

  31 Oktyabr 2020    Oxunub : 1557
  Süleyman Soylu koronavirusa yoluxub
Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu koronavirusa (COVID-19) yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə nazir “Twitter” hesabında yazıb.

Onun sözlərinə görə, həyat yoldaşı və qızının da COVID-19 testi pozitiv çıxıb.

Nazir özünün və ailə üzvlərinin səhhətlərinin normal olduğunu, həkimlərin tövsiyəsi ilə xəstəxana şəraitində müalicə aldıqlarını bildirib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: COVID-19