MN: “Düşmənin ağır silahları məhv edilir”

  31 Oktyabr 2020    Oxunub : 1897
  MN:  “Düşmənin ağır silahları məhv edilir”
"Əməliyyatlar davam edəcək. Bu əməliyyatları yekunlaşdırmaq üçün bir yol var ki, bütün torpaqlar işğaldan azad edilsin, bizim ərazilərimizdə heç bir silahlı düşmən qalmasın".
Azvision.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

A.Eyvazov bildirib ki, düşmənin ağır silahları havadan və yerdən aşkar olunaraq məhv edilir.

"Bizim bütün əməliyyatlarımız yalnız əməliyyat sahəsi çərçivəsindədir. Ermənistan ərazisində heç bir hədəfimiz yoxdur. Bizim bütün hədəflərimiz yalnız əlində silah olan düşmən bölmələridir və düşmənin legitim hərbi obyektləridir ki, bu obyektlərə qarşı havadan və qurudan əməliyyatlarımızı davam etdiririk", - deyə MN rəsmisi qeyd edib.

Azvision.az

Teqlər: Müdafiə-Nazirliyi   Anar-Eyvazov