“Ermənistan üzərinə götürdüyü öhdəlikləri pozur” - XİN rəsmisi

  31 Oktyabr 2020    Oxunub : 1476
 “Ermənistan üzərinə götürdüyü öhdəlikləri pozur” -  XİN rəsmisi
“Mövcud cəzasızlıq mühitində olan Ermənistan öz təcavüzkar fəaliyyətini davam etdirərək 27 sentyabrda yeni bir işğala, yeni aqresiyyaya əl atdı".
Azvision.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

XİN rəsmisi bildirib ki, Ermənistanın 27 sentyabr tarixindən bəri həyata keçirdiyi yeni təcavüz tədbirləri bilavasitə beynəlxalq hüququnun fundamental norma və prinsiplərini, eləcə də beynəlxalq humanitar hüquq və bu hüquq çərçivəsində Ermənistanın üzərinə götürdüyü öhdəliklərinin, həmçinin 1949-cu il Cenevrə Konvensiyaların və onun əlavə protokollarının kobud şəkildə pozulmasıdır.

L.Abdullayeva qeyd edib ki, Ermənistanın təcavüz aktı çərçivəsində Azərbaycan mülki əhalisinə qarşı çoxsaylı cinayətlər törədilib: “Bu cinayətlər müharibə cinayətləri və insanlıq əleyhinə cinayət kimi tövsiyə olunmalıdır. Azərbaycanın qüdrətli Ordusu qarşısında acizliyini görən Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki şəxslərini, cəbhədən xeyli uzaqda yerləşən şəhərlərimizi yaşayış məntəqələri, dinc əhalini hədəfə alıb və istifadəsi qadağan olunmuş silahlardan istifadə edib. Nəticədə Azərbaycan mülki şəxsləri arasında ciddi itkilər baş verib. Azərbaycan Ordusu əks-həmlə əməliyyatını məhz humanitar hüququn mövcud norma və prinsiplərinə uyğun həyata keçirir”.

Azvision.az

Teqlər: XİN   Leyla-Abdullayeva