Ermənistan həmsədrlərin çağırışına məhəl qoymadı

  31 Oktyabr 2020    Oxunub : 2671
   Ermənistan həmsədrlərin çağırışına məhəl qoymadı
"Həmsədrlərin atəşkəsə hörmətlə bağlı çağırışının ardından Ermənistan Tərtər və Ağcabədi rayonlarını atəşə tutur”.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində paylaşım edilib.

Qeyd olunub ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın Tərtər və Ağcabədi rayonlarındakı yaşayış məntəqələrini hədəf alır: "Bu, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Cenevrədəki görüşdən sonra humanitar atəşkəsə hörmətlə bağlı çağırışının ardınca baş verir!”.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: XİN