Ermənistan iqtisadiyyatının tənəzzülü dərinləşir

  31 Oktyabr 2020    Oxunub : 1458
Ermənistan iqtisadiyyatının tənəzzülü dərinləşir
"Paşinyan yenidən Rusiya Prezidentinə müraciət edib. Ermənistan baş naziri şimal qonşumuzun rəhbərindən yenə də köməklik istəyib. Bu dəfə müraciətini yazılı edib. Deyəsən, anlayıb ki, zəngləri ilə aparıcı ölkə liderlərini narahat edir, başlayıb məktub yazmağa".
Azvision.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Ermənistanın hərbi-siyasi rəhbərliyi çıxılmaz vəziyyətdə olduqlarını anlamağa başlayırlar:

"Bir tərəfdən rəşadətli Azərbaycan Ordusu inamla irəliləyir, digər tərəfdən isə Ermənistan iqtisadiyyatının tənəzzülü dərinləşir. Əslində, işğalçı ölkəni post-savaş dövründə ciddi iqtisadi-sosial çətinliklər gözləyir. Ötən həftə borclanma limitini artıran düşmən ölkədə xarici borcun Ümumi Daxili Məhsulda (ÜDM) payı artıq 70 faizi keçib. Beynəlxalq qiymətləndirici təşkilatlar Ermənistanın kredit reytiniqini aşağı salıblar. Beləliklə, biz Qarabağı tam azad edəndən sonra daha zəif Ermənistan ilə qonşu olacağıq. Bu, qonşu ölkənin uzun müddət saxlamağa çalışdığı işğalçı siyasətinin nəticəsində baş verir".

Azvision.az

Teqlər: Paşinyan   Məktub   Putin