Azay Quliyev seçicilərlə videogörüş keçirib

  29 Oktyabr 2020    Oxunub : 1423
Azay Quliyev seçicilərlə videogörüş keçirib
Bu gün deputat Azay Quliyev 8 saylı Binəqədi birinci seçki dairəsinin seçiciləri ilə növbəti videogörüşünü keçirib.
Videogörüşdə iştirak edən seçicilər pensiya təminatı, binaların həyətlərinin abadlaşdırılması, kommunal, əlillik statusunun verilməsi və məşğulluq məsələsi ilə bağlı onları narahat edən problemlər haqqında deputata müraciətlərini çatdırıblar. Qaldırılan problemlərin bir qismi yerində həll edilib. Digər qismi ilə bağlı müvafiq izahat verilib.

Mərkəzi və yerli icra hakimiyyətlərinin səlahiyyətlərinə aid olan məsələləri aidiyyəti qurumların videogörüşdə iştirak edən nümayəndələri qeydə alıb və onların araşdırılaraq həll ediləcəyi bildirilib.

Deputat görüşdə qaldırılan məsələlərin həlli məsələsini nəzarətdə saxlayacağını deyib.

Görüşdə Binəqədi rayon İcra Hakimiyyəti başçısı aparatının Sakinlərin Müraciət Xidmətinin rəisi Anar Səfərov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin müdiri Arzuman Hüseynov iştirak edib.

Azvision.az

Teqlər: Azay-Quliyev