Prezident bələdiyyələrlə bağlı qanunu təsdiqlədi

Prezident bələdiyyələrlə bağlı qanunu təsdiqlədi
  29 Oktyabr 2020    Oxunub:1989
Prezident İlham Əliyev “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanunu təsdiq edib.
Azvision.az -ın məlumatına görə, qanuna əsasən, Azərbaycan Respublikasında bələdiyyələrin siyahısında Babək rayonu bölməsinə dəyişikliklər olunub.

Dəyişikliyə əsasən, “Babək qəsəbəsi” sözləri “Babək şəhəri” sözləri ilə, “Cəhri kəndi” sözləri “Cəhri qəsəbəsi” sözləri ilə, “Nehrəm kəndi” sözləri “Nehrəm qəsəbəsi” sözləri ilə əvəzlənib.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti