İşğaldan azad olunmuş ərazilərdə kommunal infrastruktur qurulacaq

   İşğaldan azad olunmuş ərazilərdə kommunal infrastruktur qurulacaq
  29 Oktyabr 2020    Oxunub:1802
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti işğaldan azad edilmiş ərazilərdə dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının rabitə ilə təmin olunmasını təşkil edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında Fərmanında yer alıb.

Fərmanda qeyd olunub ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına təxirəsalınmaz tibbi yardım göstərilməsinin və digər səhiyyə xidmətlərinin təşkili məqsədilə zəruri tədbirlər görəcəklər.

Həmçinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi işğaldan azad olunmuş ərazilərdə dövlət orqanlarının (qurumlarının) normal fəaliyyəti üçün müvafiq binaların elektrik enerjisi, su və təbii qaz ilə təminatını həyata keçirəcək.

Azvision.az




Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti