İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti komendantlıqlar yaradılır

   İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti komendantlıqlar yaradılır
  29 Oktyabr 2020    Oxunub:3171
Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılacaq.
Azvision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi müvafiq ərazilərin müvəqqəti komendantlarını təyin etsin və müvəqqəti komendantlıqların fəaliyyətini təşkil etmək tapşırılıb.

Eyni zamanda, müvəqqəti komendantlıqlar öz fəaliyyətini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə əlaqələndirməlidirlər.

Azvision.az



Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti